Mühasibatlıq
xidmətləri
Vergi
xidmətləri
Xidmətlər
Biznesinizin davamlı və uğurlu inkişafı üçün etibarlı, peşəkar və yüksək keyfiyyətli xidmətlər təklif edir, müştəri məmnuniyyətini və effektiv nəticələri təmin edirik.
Mühasibatlıq Xidmətləri
Maliyyə sahənizi bizə əmanət edin – siz yalnız uğurunuza fokuslanın!
Vergi Xidmətləri
Vergi yükünüzü yüngülləşdirin – etibarlı vergi tərəfdaşınız yanınızdadır!
Xidmət növü
İş tərcübəsi
Müştəri sayı
Dildə xidmət
Təlim növü
Məmnunluq
Bizə Yazın
Sualınız varsa, bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Tez-tez Verilən Suallar
Niyə bizi seçməlisiniz?
Biz yalnız rəqəmlərlə işləmirik – biznesinizin sağlam maliyyə əsaslarını qurmağa kömək edirik. Peşəkar komandamız, şəffaf iş prinsiplərimiz və hər müştəriyə fərdi yanaşma strategiyamızla nəticəyə fokuslanırıq. Siz biznesinizi böyütməyə vaxt ayırın, biz isə maliyyə işlərinizi təhlükəsiz idarə edək.
Bizim xidmətlərimiz nə ilə fərqlənir?
Taxvibe Consulting-də hər bir xidmət – mühasibatlıq, vergi planlaşdırması, hesabatlılıq və maliyyə məsləhəti – yerli qanunvericilik və beynəlxalq standartlar əsasında icra olunur. Müştərilərimiz üçün optimallaşdırılmış həllər təqdim edir, artıq xərcləri minimuma endirir və riskləri vaxtında aşkarlayırıq.
Mühasibatlıqda ən çox edilən səhvlər hansılardır?
Ən geniş yayılmış səhvlərə sənədlərin düzgün aparılmaması, vergi öhdəliklərinin gec yerinə yetirilməsi, xərclərin tam uçota alınmaması və rəsmi hesabatlarda uyğunsuzluqlar daxildir. Bu cür xətalar əlavə cərimələrə və maliyyə itkilərinə səbəb ola bilər. Biz bu riskləri öncədən aradan qaldırırıq.
Mühasibatlıq xidmətini outsours etmək hansı üstünlükləri verir?
Peşəkar mühasibat şirkəti ilə işləmək sizə vaxt və maliyyə qənaəti təmin edir. Siz əlavə işçi xərclərindən azad olursunuz, eyni zamanda qanunvericiliyə tam uyğun, dəqiq və vaxtında hesabat alırsınız. Bu, həm kiçik, həm də orta bizneslər üçün daha təhlükəsiz və səmərəli yoldur.
Vergi hesabatlarını kim hazırlayır və nə vaxt təqdim olunur?
Vergi hesabatlarınızı peşəkar mühasiblərimiz hazırlayır və qanunvericiliyin tələb etdiyi vaxtda elektron sistem üzərindən təqdim edirik. Siz yalnız lazımi sənədləri vaxtında bizə ötürürsünüz, qalanını biz həll edirik.
Mənim biznesim üçün ƏDV qeydiyyatı məcburidirmi?
ƏDV qeydiyyatı müəyyən dövriyyə həddini keçdikdə və ya bəzi fəaliyyət növlərində məcburidir. Biz sizin biznesinizi analiz edərək ƏDV qeydiyyatının lazım olub-olmadığını müəyyənləşdiririk və qeydiyyat prosesini tam həyata keçiririk.
Mühasibat xidmət haqqı necə hesablanır?
Xidmət haqqı şirkətinizin ölçüsünə, əməliyyat sayına və tələb olunan xidmətlərin çeşidinə görə fərqlənir. Biz əvvəlcə ehtiyaclarınızı qiymətləndirir, sonra şəffaf və sabit qiymət təklifi təqdim edirik.
Rəsmi sənədləri və hesab-fakturaları necə təqdim etməliyəm?
Sənədləri bizə istər fiziki, istər elektron formatda təqdim edə bilərsiniz. Elektron göndəriş üçün xüsusi sistemimiz və təhlükəsiz e-poçt ünvanımız mövcuddur. Bu, sənədlərin itmə və gecikmə riskini aradan qaldırır.





